Aleksandr Lukaşenko vəziyyətdən asılı olaraq “Belarusun əbədi prezidenti” olacağı barədə mövqe açıqlayıb. O, bəyan edib ki, əgər “kollektiv Qərb” ölkəni Belarusu “silah altında” saxlamaqda davam etsə, o, hakimiyyətdən getməyəcək.
Bizimyol.info BELTA-ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko Osipoviç poliqonunda Belarus-Rusiya “Allied Resolve – 2022” təliminin gedişi ilə tanış olduqdan sonra bildirib.
O, iddia edir ki, hakimiyyətdən getməyə hazırdır, ancaq bir şərtlə. Bu şərt yerinə yetirilməsə, Lukaşenko “əbədi prezident” olaraq qalacaq.
“Əgər kollektiv Qərb, ilk növbədə amerikalılar Belarusu dədəfə almağı dayandırsalar. 2020-ci ildə olduğu kimi bizi burada heç bir vasitə gözdən salmağa çalışmayacaqlar, hər şey qanuni, dəqiq olarsa, dəyişiklik sizin və ya onların istədiklərindən tez olacaq”, – deyə Lukaşenka qeyd edib.
Follow @7timesaz