Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.
7times.az-ın BelTa-ya istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi “Müstəqillik sarayı”nda baş tutub.
Andiçmə mərasimi qapalı keçirilib.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Onun əsas rəqibi Svetlana Tixanovskayanın 10% səs topladığı açıqlanıb.
Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçkinin nəticələri ilə bağlı etirazlar başlayıb. S. Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb. APA
Follow @7timesaz