Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Baş naziri Roman Qolovçenkoya Polşa ilə dialoq qurmaq üçün əlaqə saxlamağı tapşırıb.
APA “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko Minsk Beynəlxalq Hava Limanı ərazisində yerləşən əmək kollektivlərinin nümayəndələri ilə görüşündə deyib.
Belarus lideri qeyd edib ki, polyaklarla danışmaq lazımdır: “Polşa tərəfi istəsə, danışaq, münasibətləri qaydaya salaq. Qonşuları seçmək olmur, onlar Tanrının qismətidir”.
Follow @7timesaz