Dünya

“Lukaşenko üzr istəməyib” – Belarus Zelenskinin iddialarını yalanladı

“Lukaşenko üzr istəməyib” – Belarus Zelenskinin iddialarını yalanladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Belarus Aleksandr Lukaşenkonun Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəməsi ilə bağlı iddiaları rədd edib.

7Times.az  xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmontin daha geniş açıqlaması yayılıb.

O, açıqlamasında Zelenskinin “üzr istəmək”lə bağlı iddialarının doğru olmadığını bildirib.

“Belarus Prezidenti Aleksandr Lukaşenko Zelenskidən üzr istəmədi. Çünki üzr istəməyimiz üçün heç bir əsas yox idi. Əvvəla, xatırladığımız kimi, Ukrayna ABŞ və bütün Qərbdən əvvəl Belarusa qarşı sanksiyalar tətbiq edən ilk ölkə idi”, -deyə o, qeyd edib.

İki ölkə liderləri arasında telefon danışığının Lukaşenkonun kiçik oğlu Nikolayın emosional reaksiyası səbəbindən baş tutduğunu bildirən Eysmont Belarus liderinin Zelenskini danışıqlar masasına oturmağa çağırdığını bildirib.

Lukaşenkonun münaqişənin Zelenskinin siyasətindən qaynaqlandığına şübhə etmədiyini vurğulayan Eysmont, “Əgər Zelenski Qərb idarəçilərinə daha az qulaq assa və xalqının maraqlarını rəhbər tutsaydı, o zaman bu müharibənin qarşısı alına bilərdi”,-deyə bildirib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-dən olan podkaster Lex Fridmana müsahibə verən Zelenski Rusiya-Ukrayna müharibəsinin ikinci və ya üçüncü günündə Lukaşenko ilə telefonda danışdığını və bu zaman Belarus lidernin ondan üzr istədiyini bildirmişdi.

“AzPolitika.info”