Dünya

Lukaşenko və övladlarına qarşı sui-qəsd hazırlayanlar saxlanıldı

Lukaşenko və övladlarına qarşı sui-qəsd hazırlayanlar saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko ona və övladlarına qarşı sui-qəsd hazırlayan qrup üzvlərinin yaxalandığını bildirib.

7times.az xəbər verir ki, dövlət başçısının sözlərini “BelTA” agentliyi öz teleqram kanalında yayımlayıb.

“Biz qrupu yaxaladıq, onlar göstərdilər ki, bunların hamısın necə planlaşdırırdılar. Sonra biz açıq-aydın xarici xüsusi xidmət orqanlarının işini aşkar etdik. Sonra biz xarici xüsusi xidmət orqanlarının işini aşkarladıq. Çox güman ki, Mərkəzi Kəşfiyyat İdarəsinin, FTB-nin, bilmirəm, orada amerikalılardan kim işləyib”, – Lukaşenko deyib.

“Biz onların Minskə gəlmək və Prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik”, – deyə Prezident əlavə edib.

Onun sözlərinə görə, bu qrupa Rusiyada saxlanılan vəkil Zenkoviç və politoloq Feduta daxildir.

Lukaşenko hesab edir ki, ona sui-qəsdin təşkilinə sanksiya ABŞ-ın ali siyasi rəhbərliyi tərəfindən verilib. Belarus Prezidenti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə söhbətində ABŞ xüsusi xidmət orqanlarının ona sui-qəsd hazırlaması məsələsinə toxunub. qafqazinfo.az