Məşhur müğənni Madonna xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu haqda ifaçının meneceri Qay Osiri BBC-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, 64 yaşlı ulduz reanimasiya şöbəsindədir. Madonnaya bakterial infeksiya diaqnozu qoyulub.
Qay Osiri bildirib ki, Madonnanın səhhəti yaxşılaşır, lakin o, hələ də həkim nəzarətindədir. Bu baxımdan sənətçinin dünya turu təxirə salınmalı olub.
Qeyd edək ki, Madonna ilin əvvəlində 35 konsertdən ibarət dünya turu planlarını açıqlayıb.
Follow @7timesaz