İdman

Madrid nəhənginin müdafiəçisi İngiltərə Premyer Liqasına yollanır

Madrid nəhənginin müdafiəçisi İngiltərə Premyer Liqasına yollanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in futbolçusu Antonio Rüdiger karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı “Nacional” yayıb.

Xəbərə görə, almaniyalı mərkəz müdafiəçisi “Liverpul”un maraq dairəsindədir. Futbolçunun da Madrid təmsilçisindən ayrılmağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Rüdiger cari mövsüm “Real Madrid” forması ilə 28 rəsmi matçda iştirak edərək 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.