Dünya

Mağazada bıçaqla boynundan vurdu  – ANBAAN VİDEO

Mağazada bıçaqla boynundan vurdu  – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bıçaqlı hücumun videosu yayıldı.

 

7Times.az Rusiya mətbuatına  istinadən  xəbər  verir  ki,Moskvada Altufevskoye Şossedə kişi mağaza işçisinin boyun nahiyəsindən bıçaqlayıb.

 

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.

 

İstintaq Komitəsinin müstəntiqləri cinayət işi açıb.

“Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb”, – deyə idarənin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

 

Mağaza işçisinə hücum martın 9-da baş verib. Müstəntiqlərin fikrincə, təcavüzkar kişini “şəxsi düşmənçilik zəminində” vurub. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, həkimlər ona lazımi tibbi yardım göstəriblər.

Cinayəti törətməkdə şübhəli bilinən 56 yaşlı kişi saxlanılıb.

 

Yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq və barəsində həbs qətimkan tədbiri seçiləcək.

 

Cinayət işinin istintaqı paytaxt prokurorluğu tərəfindən nəzarətə götürülüb.

Oxu24.com