Mağazaya maskasız girən baş nazir üzr istədi

Mağazaya maskasız girən baş nazir üzr istədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın Baş naziri maska taxmadığına və pandemiya əleyhinə qanunları pozduğuna görə üzr istəyib.

7times.az Avropa mətbuatına istinadən xəbər verir ki, Mette Frederiksen Kopenhagendəki geyim mağazasına maska taxmadan daxil olub.

Görüntülərin sosial mediada geniş rezonans doğurmasından sonra isə Frederiksen üzrxahlıq mesajı verməyə məcbur olub:

“Mən bilirəm ki, bu, hər kəsin başına gələ bilər. Amma mənim deyil. Buna görə də açıq şəkildə təəssüflənirəm və bu pandemiya ilə mübarizə aparmaq üçün birlikdə etdiyimiz hər şeyə görə bir daha sizə təşəkkür etmək istəyirəm”.