İdman

Mahir Emreli “Legiya”da 10 ilin bombardirləri siyahısına düşüb

Mahir Emreli “Legiya”da 10 ilin bombardirləri siyahısına düşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa “Legiya”sında son 10 ilin bombardirləri siyahısına düşüb.

“Report” “Sport.tvp.pl” nəşrinə istinadən xəbər verir ki, 2021-ci ildə Varşava təmsilçisində 33 oyunda 11 dəfə fərqlənən 26 yaşlı hücumçunun qol ortalaması 0,33-ə bərabər olub.

Hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən forvard bu göstəriciyə görə 10-cu sıradadır.

Tam siyahı isə aşağıdakı kimidir:

1. Nemanya Nikoliç – 0,64 (55 qol / 86 oyun)

2. Yaroslav Niezqoda – 0,48 (29 qol / 60 oyun)

3. Tomaş Pexart – 0,43 (39 qol / 90 oyun)

4. Marek Saqanovski – 0, 41 (58 qol / 135 oyun)

5. Vladimir Dvalişvili – 0,40 (21 qol / 53 oyun)

6. Daniel Lyuboya – 0,38 (30 qol / 78 oyun)

7. Orlando Sa – 0,36 (15 qol / 42 oyun)

8. Karlitos – 0, 36 (24 qol / 66 oyun)

9. Aleksandar Priyoviç – 0,33 (24 qol / 72 oyun)

10. Mahir Emreli – 0,33 (11 qol / 33 oyun)

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.