İdman

“Mahir öyünürdü ki, Polşa liqasında onun 5 zərbəsi qapı dirəyinə dəyib” – VİDEO

“Mahir öyünürdü ki, Polşa liqasında onun 5 zərbəsi qapı dirəyinə dəyib” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su dünən Xorvatiya çempionatında 30-cu turun oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi doğma meydanda autsayder “Draqovolyaç”la qarşılaşıb. Oyun “Dİnamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 70-ci dəqiqəsində Bruno Petkoviçin əvəzinə meydana daxil olub.

25 yaşlı forvardın endirdiyi təhlükəli zərbə qapı tirinə dəyib. Xorvatiya mətbuatında bu barədə fikirlər də dərc olunub:

“Artıq ikinci dəfədir ki, Mahirin zərbəsi tirə tuş gəlir. İlk dəfə “Maksimir”də “Şibenik”ə qarşı matçda belə hadisə baş vermişdi. Top tirə dəyməsəydi, bəlkə də maraqlı olmazdı. Yeri gəlmişkən, “Maksimir”dəki həmin görüşdən əvvəl Mahir öyünürdü ki, Polşa çempionatında onun 5 zərbəsi qapı dirəyinə dəyib”.