Yardımsevərliyi ilə seçilən Türkiyənin məşhur ulduzu Mahsun Kırmızıgül ölkəsində dəhşətli təbii fəlakətdən zərərçəkənlərə mobil telefonların verilməsi ilə bağlı təklif edib.
7Times.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında post paylaşıb.
Mahsun bununla bağlı mobil operatorlardan yardım istəyib:
“Dağıntılar altından çıxarılanların çoxu telefonlarını da itirib. Günlərdir ən çox ehtiyac olunan şeylərdən biri də telefondur. Zərərçəkənlərə telefon paylayın. Sizin vəsilənizlə insanlar yaxınları ilə rahat əlaqə yarada bilsinlər”.
Follow @7timesaz