Dünya

Makron bu halda Ukraynaya qoşun göndərəcək… Şərtlər məlum oldu

Makron bu halda Ukraynaya qoşun göndərəcək…- Şərtlər məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron parlamentdəki partiyalarla görüşündə deyib ki, Rusiya qoşunları Kiyev və ya Odessaya irəliləyərsə, Fransa Ukraynaya qoşun göndərə bilər.

7Times.az  xəbər verir ki, bunu “L’İndependent” nəşri həmin görüşdə iştirak edən Fransa Kommunist Partiyasının sözçüsü Fabien Russelə istinadla yazıb.

Eyni zamanda, ifrat sağçı Milli Birlik Partiyasının nümayəndəsi Jordan Bardella iddia edib ki, artıq “heç bir məhdudiyyət və ya qırmızı xətlər yoxdur”. “Yenilməz Fransa” Partiyasının koordinatoru Manuel Bompard isə “görüşə narahat olaraq gəldiyini və daha da narahat qayıtdığını” söyləyib.

Russel əlavə edib ki, Makron parlamentarilərə xəritədə Rusiyanın Ukraynaya zərbələrinin mümkün istiqamətlərini göstərib: “Makron müdaxiləyə səbəb ola biləcək bir ssenarini qeyd edib: cəbhənin Odessaya və ya Kiyevə doğru irəliləməsi”.