Fransa Prezidenti Emmanuel Makron Səhraaltı Afrikada (Sahel) İŞİD-in lideri olan Adnan Əbu Valid əl-Sahrauinin məhv edildiyini açıqlayıb.
7Times.az xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter hesabında paylaşım edib.
O qeyd edib ki, terrorçu fransız qüvvələri tərəfindən Böyük Səhrada öldürülüb:
“Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur”.
Follow @7timesaz