Fransa prezidenti Emmanuel Makron İsrail prezidenti İsaak Hersoqla görüşüb.
7Times.az TASS-a istinadən xəbər verir ki, söhbət zamanı o, terrorçulara qarşı məqsədyönlü əməliyyatların aparılmasının zəruriliyini bildirib.
“Bizim vəzifəmiz bu terrorla mübarizə aparmaqdır. Aldanmadan bu münaqişənin genişlənməsinin qarşısını almaqdır. Mən sizin səsləndirdiyiniz xəbərdarlıqları bölüşürəm, lakin terrorçu qruplarla ciddi mübarizə aparmaq, məqsədyönlü əməliyyatlar təşkil etmək zərurətdir”, – Makron söyləyib.
Qeyd edək ki, İsraildə səfərdə olan Fransa prezidenti bundan əvvəl ölkənin baş naziri Benyamin Netanyahu ilə də görüşmüşdü.
Follow @7timesaz