Dünya

Makron Tvitterdə türkcə mesaj yazdı: “Görünür, çağırışımız eşidildi”

Makron Tvitterdə türkcə mesaj yazdı: “Görünür, çağırışımız eşidildi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Şərqi Aralıq dənizdə yaşadığı böhranda verdiyi sərt bəyanatlarla təzyiqi tez-tez yüksəldən Fransa Prezidenti Emmanuel Makron yenidən səs-küy yaradacaq bir açıqlama verib.
7times.az Qaynarinfo xəbər verir ki, şəxsi Tvitter hesabında bir açıqlama verən Makron mesajını həm fransızca, həm də türkcə paylaşıb.
“Ajacciodan Türkiyəyə açıq bir mesaj göndərdik: xoş niyyətli, sadəlövhlük olmadan yeni bir dialoq başladaq. Bu çağırış bundan sonra Avropa Parlamentinin də çağırışıdır. Belə görünür ki, çağrışımız həm də eşidilib. Gəlin irəliləyək”, – Macron mesajında qeyd edib.
Son günlərdə Fransanın Korsika adasında İtaliya, Malta, Portuqaliya, İspaniya, Yunanistan və yunan Kiprinin iştirakıyla Türkiyə əleyhinə bir mini zirvə toplantısı təşkil edən Fransa Prezidenti Makron “Avropalılar olaraq Ərdoğana qarşı sərt və güclü olmalıyıq”, – deyib.
Makron Avropa Birliyinin ortaq bir qərar və mövqeyinin lazım olduğunu bildirib: “Bölgədəki hər hansı bir gərginlikdən uzaq durmağa çalışırıq, ancaq Türkiyənin məqsəd və istəklərini aydınlaşdırmalıyıq. Avropanın Türkiyəyə qarşı və birlik içərisində daha dəqiq bir mövqe nümayiş etdirməsi lazımdır”.