Fransa prezidenti Emmanuel Makron Parisdə tarix müəlliminin Məhəmməd peyğəmbərin karikaturalarına görə öldürülməsindən sonra İslam haqda sərt danışmağa başlayıb. O, açıq-aşkar İslamı terror dini kimi təqdim edir.
7times.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Makron Fransanın Nitsa şəhərtində bir kişinin üç nəfəri bıçaqla qətlə yetirməsindən sonra qəzəbli danışıb. Avropa dövlətinin başçısı yenə İslamı günahkar çıxarıb. O, İslam terrorçularının Fransaya hücuma keçdiyini bildirib: “Bizə hücum edirlərsə, deməli, hədəf dəyərlərimizdir. Terrora boyun əyməməliyik”.
Makron bütün Fransa qoşununu küçələrə çıxarıb. Ölkə başçısı terrora qarşı böyük qüvvə ilə mübarizə apardığını göstərmək istəyir.
Fransa prezidenti tarix müəlliminin qətlindən sonra İslam separatizmindən danışmağa başlamışdı. Onun fikirləri bir sıra müsəlman ölkələrinin başçılarının, o cümlədən, Türkiyənin rəhbəri Rəcəb Tayyib Ərdoğanın xoşuna gəlməmişdi.
Follow @7timesaz