Dünya

Makrona zərbə vuran QALMAQAL: vergi pulları ilə özünə 2 min avroluq alt paltarı alıb…

Makrona zərbə vuran QALMAQAL: vergi pulları ilə özünə 2 min avroluq alt paltarı alıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda təkrar seçkilərdə qalib gələn Fransa prezidenti Emmanuel Makronun partiyası qəribə böhranla üz-üzə qalıb.

Sfera.az bildirir ki, Makronun partiyası Respublikaçı Yürüş Hərəkatının (LREM) millət vəkili Korali Dubostun şəxsi xərclərini vergi pulları ilə həyata keçirməsi ölkədə səs-küy yaradıb.
Məlum olub ki, 39 yaşlı Korali ayda 2 min avro təşkil edən alt paltarı xərclərini parlamentin xərci kimi göstərib və heç bir ödəniş etməyib. Qalmaqalın alovlanması ilə parlament etik araşdırmaya başlayıb, Dubost isə vəzifəsindən istefa vermək qərarına gəlib.
Sözügedən paltarı almaq üçün ona ayrılan müavinətdən istifadə etdiyini və paltarı yalnız iş mühitində geyindiyini ifadə edən fransalı deputat, “Məncə siyasi həyatımı tərk edib özümü ailəmə həsr etməyin vaxtıdır. Son zamanlar haqsız hücumların hədəfinə çevrilmişəm”, – deyə söyləyib. Baş verən hadisə isə Makron üçün böyük zərbə olub.