Dünya

Mal-qarada təhlükəli infeksiya aşkar edildi – Rusiyada

Mal-qarada təhlükəli infeksiya aşkar edildi – Rusiyadabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xabarovsk vilayətində inəklərdə yoluxucu nodulyar dermatit xəstəliyi aşkar edilib.

7times.az xəbər verir ki, yoluxma fermaların birində 3 baş inəkdə aşkar edilib.

Bu təhlükəli infeksiyanın qarşısının alınması üçün bölgədəki iribuynuzlu mal-qaranın peyvəndlənməsi qərara alınıb. Peyvəndlənmə Xabarovskda 3 minədək mal-qaranı əhatə edəcək.

Qeyd edək ki, nodulyar dermatit xəstəliyi qansoran həşəratlar tərəfindən keçir və hava-damcı yolu ilə digər heyvanlara yoluxa bilir. Xəstəlik özü ölümcül olmasa da, xəstə inəklərin südünün məhv edilməsi tövsiyə olunur. virtualaz.org