Malinin Kidal bölgəsindəki Tessalit kəndi yaxınlığında BMT sülhməramlıllarını daşıyan konvoya əl bombası ilə hücum edilib.
7times.az xəbər verir ki, bu barədə BMT-nin baş katibliyi tərəfindən rəsmi açıqlama verilib.
Hücum nəticəsində 1 nəfər Misir sülhməramlısı ölüb, 4 nəfər ağır yaralanıb.
Açıqlamada Misir hökumətinə və xalqına başsağlığı verilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarını hədəf alan hücumlar beynəlxalq hüquq çərçivəsində hərbi cinayət sayılır. Axar.az
Follow @7timesaz