Dünya

“Malikanəsində həftədə 5 dəfə qrup seks təşkil edilir, qadınlar donuza bənzədilirdi” – 91 yaşında ölən iş adamı ilə bağlı ŞOK FAKTLAR

“Malikanəsində həftədə 5 dəfə qrup seks təşkil edilir, qadınlar donuza bənzədilirdi” – 91 yaşında ölən iş adamı ilə bağlı ŞOK FAKTLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kişilər üçün nəşr olunan məşhur “Playboy” jurnalının yaradıcısı Hyu Hefner haqqında inanılmaz faktlar ortaya çıxıb.
7Times.az Sfera.az-a istinadən bildirir ki, keçmiş “Playboy” ulduzlarının ifadələrinə əsaslanan, yaxın günlərdə ekranlara çıxacaq sənədli filmdə iş adamının şəxsiyyətindən söz açılıb.
Yanvarın 24-də ABŞ-ın milli televiziya kanalı “A&E”də yayımlanacaq 10 seriyalı “Playboyun sirləri” adlı sənədli filmin ön baxışında Hefnerin keçmiş sevgililəri, işçiləri və dostları ilə bağlı faktlar yer alıb.
 
Həmin qandonduran faktları təqdim edirik:
91 yaşında dünyasını dəyişən Hyu Hefnerin Los-Ancelesdə yerləşən malikanədə əyləncə gecələri təşkil etdiyi iddia edilib. Məlumata görə,  iş adamı və dostları cümə axşamı gecələri “çirkin” hesab etdikləri seks işçilərini bir araya gətirib “Donuz gecəsi” adlandırdıqları məclislərdə qadınları təhqir ediblər.
“O vampir idi, illərlə qadınların həyatını əmdi”
Sənədli filmin ön baxışında Hyunun onlarla gənc qadını təsir dairəsinə alaraq “alçaldıcı” seks məclislərində iştiraka, heyvani münasibətlərə məcbur etdiyi, narkotikə qurşandırdığı söylənib. Bir müddət Hefnerlə birlikdə olan keçmiş model və aktrisa Sondra Teodor (65) “Playboy”un qurucusunu təsvir edərkən “…o vampir idi, illərlə qadınların həyatını əmdi” deyib. Aktrisa, həmçinin məşhur VİP üzvlərinin həftənin beş günü malikanədə təşkil olunan əyləncələrə qatılaraq “dovşan qız” kimi təqdim edilən gənc qadınları zorladıqlarını açıqlayıb. Teodor xüsusilə, Hefner və dostlarının 1970-ci illərin porno film ulduzu Linda Lovleysi heyvani münasibətə məcbur etmələri və ona “ət parçası” kimi yanaşmalarından sonra keçirdiyi şokdan söz açıb.
“Hefneri təmin etmək imkansız idi”
Cinsi tələblərinin bir müddət sonra narahatlıq səviyyəsinə çatdığını deyən Teodor keçmiş sevgilisinin bəzən qorxuducu olduğunu bildirib və sözlərinə bu cür davam edib: “Onu təmin etmək imkansız idi. Həmişə daha çoxunu istəyirdi. Həftədə ən azı 5 gecə qrup seks edilirdi. Buna dair qaydaları var idi. Hyu həm də narkotik aludəçisi idi, məni də bir növ narkotik kuryeri kimi istifadə edirdi. Özümü bir müddət sonra bu sirkin müdiri kimi hiss etməyə başladım, hər gecə eyni şounu göstərmək məcburiyyətində idim. Biz qadınlar onun üçün bir heç idik”.
“Narkotik təsiri altında olan qadınlara istədiklərini etdirirdilər”

Keçmiş model,  həmçinin 1980-cı illərin sonlarında Hefnerin köməkçisi Lisa Lovinq Barrett, iş adamının özü və dostlarının, xüsusilə Bill Kosbinin qadınlara istədiklərini etdirmək üçün sakitləşdirici dərmanlar verdiklərini söyləyib: “Bəzi dostlarımız buna dözə bilmədi və həddindən artıq doza qəbul edərək intihar etdi”.
“Seks işçisi olan qadınlar “donuz”a bənzədilirdi”
1978-1981-ci illərdə “Playboy” malikanəsində işləyən Stefan Tetenbaumun dediyinə görə, hər cümə axşamı keçirilən qorxulu “Donuz gecələri”ndə ekstremizmi alovlandırmaq üçün narkotiklərdən istifadə edilib. Hefnerin bu qadınları “donuzlara” bənzətdiyini, lakin VİP üzvlərinə seks işçilərinə “donuz” deməyi qəti şəkildə qadağan etdiyini deyən Tetenbaum, “Malikanəyə gələn qadınların məclisin adından da xəbərləri yox idi. Seks işçiləri müayinədən keçirilir, hər hansı xəstəlik və yan infeksiya daşıyıcısı olmadıqları yoxlanılırdı. Testlərdən keçənlər gecədə iştirak edirdilər”, – deyə əlavə edib.
“Qadınlara edilən işgəncənin və təcavüzün cəzası yoxdur”
Əslində, “Playboy” malikanəsində baş verənlər heç kimə sirr deyildi. Hamı bilirdi ki, bu qlamur dünyanın arxasında çirkli və pozğun münasibətlər dayanır. Hefnerin qurduğu həyat anlayışı ilk dəfə 1985-ci ildə Russell Miller tərəfindən yazılmış bir kitabda müzakirə edilmişdi. Miller Hefnerin acınacaqlı əməllərini, qadınlara münasibətini oxucularına tam aydın şəkildə izah etmişdi. Playboy klublarının “elitar” VIP üzvlərinin qadınlardan hər cür istifadə edə biləcəkləri məkanlara çevrildiyini deyən Miller, cəzasızlıq səbəbindən bu vəziyyətin davam etdiyini bildirmişdi.
Sənədli filmdə isə polis tərəfindən belə qeydə alınmayan dəhşətli hadisələrin olduğu da üzə çıxıb. 1970-ci illərdə baş verən hadisədə ABŞ-ın məşhur televiziya prodüseri Don Korneliusun “Playboy” klublarında işə başlayan 20 və 21 yaşlı iki bacını öz evinə aparıb müxtəlif otaqlara bağladığı, işgəncələrə məruz qoyduğu, üç gün ərzində onlara dəfələrlə təcavüz etdiyi məlum olub. Vəziyyəti öyrənən Hefner qızları xilas etsə də, hadisə barədə polisə heç bir məlumat verilməyib və Don Kornelius heç nə olmamış kimi klubun daimi müştərisi olmağa davam edib.
Qeyd edək ki, Hyu Hefner 2 dəfə evlənib, bu evliliklərdən 4 övlad sahibi olub. O, 2017-ci ildə 91 yaşında vəfat edib.