Müğənni Manaf Ağayev bir müddət öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.
7Times.az -ın Lent.az-a istinadən məlumatına görə, ifaçı “Tam vaxtıdır” verilişində bildirib ki, qəzadan sağ çıxması möcüzədir:
“Elə bir avtomobil qəzası keçirmişəm ki… Onun içindən sağ çıxmaq möcüzə idi. Maşınla gedəndə sürücü əyləci basmışdı, maşın 4-5 dəfə fırlanıb aşmışdı. Maşın dayanan kimi ordan çıxdım, alnıma şüşə batmışdı. Elə bilirdim ki, yuxu görürəm. Şükürlər olsun ki, sağ çıxdıq. Amma maşın ələ gəlmədi, tulladıq”.
Follow @7timesaz