İdman

“Mançester Siti” 17 yaşlı vunderkindi heyətinə qatdı

“Mançester Siti” 17 yaşlı vunderkindi heyətinə qatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Siti” klubu uzun müddətli perspektiv üçün heyətini gücləndirib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, “şəhərlilər” Klaudio Etçeveri ilə anlaşıb. Argentinalı yarımmüdafiəçi mankunianlıların yeni oyunçusuna çevriləcək. O, 2024-cü ilin dekabrına kimi “River Pleyt”də oynamağa davam edəcək, daha sonra isə rəsmi olaraq ingilis nəhənginə keçəcək.

Bu müqavilə Pep Qvardiolanın komandasına 25 milyon funt-sterlinqə başa gəlib.

Ötən il keçirilən dünya çempionatında özünü göstərərək MS-nin diqqətini çəkən Argentinanın U-17 millisinin lideri ilə 6 illik müqavilə imzalanıb.