İdman

“Mançester Siti”dən 101 milyon avroluq təklif

“Mançester Siti”dən 101 milyon avroluq təklifbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti” braziliyalı yarımmüdafiəçi transfer etməyi hədəfləyib.

Fanat.Az “Foot Mercato”ya istinadən xəbər verir ki, bu, “Vest Hem”in futbolçusu Lukas Paketdir.

Xəbərə görə, Paketi almaq üçün 80 milyon avroluq ilk cəhdi rədd edilən “şəhərlilər” artıq ikinci dəfə “çəkicdöyənlər”in qapısını döyüb. Mançester təmsilçisinin bu dəfə qarşı tərəfə 101 milyon avro təklif etdiyi, lakin “Vest Hem”in bu məbləğlə də razılaşmayaraq 110 milyon avro istədiyi vurğulanıb.

Qeyd edək ki, 25 yaşlı Paketanın “Vest Hem”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.