İdman

“Mançester Siti”dən inanılmaz rekord – Hələ beləsi olmamışdı

“Mançester Siti”dən inanılmaz rekord – Hələ beləsi olmamışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti” 2022/2023 mövsümündə İngiltərə klublarının gəlir rekordunu yeniləyib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər” ötən mövsüm 817 milyon avro qazanıblar və bu məbləğ əvvəlkindən 114 milyon avro çoxdur.

Rekorda imza atan İngiltərə nəhənginin əsas gəlir mənbəyi reklam və teleyayım müqavilələri olub.

Xatırladaq ki, MS 2022/2023 mövsümünü trebllə başa vurub. Sözügedən komanda son 6 ildə 5 dəfə İngiltərə çempionluğunu bayram ediblər.