“Liverpul” hücumçusu Darvin Nunyes üçün “Benfika”ya daha 10 milyon avro ödəməli olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı “Daily Mirror” yayıb.
Uruqvaylı Mersisayd təmsilçisinə 2022-ci ilin iyulunda ilkin 75 milyon avroluq ödənişlə və mümkün 25 milyon avro bonus qarşılığında keçib. Ulduz forvard “Mançester Siti”yə qarşı 60-cı oyununu keçirdikdən sonra razılaşmadakı 10 milyon avroluq ödəniş avtomatik işə düşüb.
24 yaşlı futbolçu ötən mövsümün əvvəlindən “Liverpul”un heyətində bütün yarışlarda 22 qol vurub.
Follow @7timesaz