Dünya

“Mançester Siti”nin təyyarəsində həyəcanlı anlar – VİDEO 

“Mançester Siti”nin təyyarəsində həyəcanlı anlar – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada “Sportinq”lə qarşılaşan “Mançester Siti” Lissabondan dönərkən çətin anlar yaşayıb.  

Fanat.Az xəbər verir ki, sürəti 40 düyünə (saatda 75 km/saat) çatan “Dadli” qasırğasının yaratdığı güclü külək “Mançester Siti”nin Mançester hava limanına eniş cəhdinin baş tutmamasına səbəb olub.

“Boeing 757 G-ZAPX” təyyarəsi enməyə cəhd edərkən sərnişinlər ekstremal və həyəcanlı anlar yaşayıblar. Nəticədə pilotlar hava gəmisini Liverpula yönləndirməyə məcbur olub. Klub da artıq bununla bağlı sosial şəbəkə hesabından açıqlama verib.

Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” “Sportinq”i səfərdə 5:0 hesabı ilə məğlub edib.