İngiltərə Premyer Liqa klubu “Börnli” 2 yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, onlardan biri son çempion “Mançester Siti”nin qapıçısı Ceyms Trafforddur.
İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin qolkiperi ilə 4 illik müqavilə imzalanıb. “Börnli” gənc qapıçı üçün 17,3 milyon avrosundan keçib.
Trafford 2022/2023 mövsümünü icarə əsasında “Bolton”da keçirib.
“Börnli” bu yay “Beşiktaş”dan azad agent kimi ayrılmış Natan Redmondu da heyətinə qatıb. 29 yaşlı sağ cinah vingeri ilə 2+1 illik müqavilə imzalanıb. O, ötən mövsüm “Beşiktaş”da 28 oyuna 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz