İngiltərənin cari mövsüm qeyri-sabit təsir bağışlayan “Mançester Yunayted” klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Sevilya”nın hücumçusu Yusef En-Nesirini transfer etmək istəyir.
Mənbə bildirir ki, 26 yaşlı Nesirinin bazar dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Nesiri cari mövsüm “Sevilya” forması ilə La Liqada 17 matçda 5 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz