“Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola İngiltərə Premyer Liqasının qarşıdakı oyunu – əzəli rəqib “Mançester Yunayted”lə derbi barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, “Daily Mail” onun dediklərini belə çatdırıb:
“İstəyərdim ki, “Mançester Yunayted”lə oyuna bütün futbolçularımız təxminən eyni dərəcədə hazır olsun. Hələ bu matça çıxacaq heyəti dəqiq müəyyənləşdirməmişik. Hələ rəqibin son oyunlarına da baxmamışam. Evdə necə çıxış etdiklərini, nəyi dəyişib-dəyişmədiklərini ətraflı təhlil etmək lazımdır. Amma öncədən deyim ki, onlarla görüş üçün bir neçə gülünc ideyam var”.
Qeyd edək ki, növbəti Mançester derbisi yanvarın 14-də, “Old Trafford”da baş tutacaq.
Follow @7timesaz