İdman

“Mançester Yunayted” Poqba ilə vidalaşdı – RƏSMİ

“Mançester Yunayted” Poqba ilə vidalaşdı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”  Pol Poqba ilə vidalaşıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin iyunun sonlarında başa çatacaq müqaviləsi gözlənildiyi kimi, yenilənməyib.

 

 

Fransa milli komandasının üzvü İngiltərə təmsilçisini azad agent qismində tərk edəcək.

Poqba MY-də 2009 – 2012-ci illər aralığında da çıxış edib. Ardından “Yuventus”a keçən 29 yaşlı futbolçu 2016-cı ildə “qırmızı şeytanlar”a 105 milyon avroya satılıb. Pol Mançester təmsilçisində çıxdığı 233 matçda 39 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.