“Mançester Yunayted” hücumçusu Kriştianu Ronaldonun maaşını 25% azaldıb.
7Times.az xəbər verir ki, klub 2022/23 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün bu addımı atıb. Portuqaliyalının müqaviləsində müvafiq variant nəzərə alınıb.
Futbolçu isə “Mançester Yunayted”in bu qərarından son dərəcə narazı qalıb, çünki o, ötən mövsüm komandanın çıxışına ciddi töhfə verdiyini düşünür və 18 qol vurduğunu deyir.
Xatırladaq ki, bundan əvvəl Ronaldonun agenti Xorxe Mendeşin müştərisini “Napoli”yə transfer etməyə çalışdığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, bu müqavilənin bir hissəsi olaraq, nigeriyalı hücumçu Viktor Osimhen əks istiqamətdə hərəkət edə bilər. Lakin “Napoli”də açıq şəkildə bildirildi ki, Osimheni ingilis klubuna yalnız “qırmızı şeytanlar”ın 100 milyon avro ödəyəcəyi və Ronaldonu icarəyə verəcəyi təqdirdə buraxacaqlar. Eyni zamanda mankunianlılar 37 yaşlı portuqaliyalının maaşının böyük hissəsini ödəməlidirlər.
Follow @7timesaz