İdman

“Mançester Yunayted” Ronaldusuz daha yaxşı görünür” – Qari Nevill

“Mançester Yunayted” Ronaldusuz daha yaxşı görünür” – Qari Nevillbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill portuqaliyalı hücumçu Kriştianu Ronaldudan danışıb.

Fanat.Az xəbər verir ki, ” Sky Sports” onun dediklərini belə çatdırıb:

“İndi azarkeşlərdən belə, soruşsanız, onların çoxu Ronaldunu start heyətinə salmaz. MY Kriştianusuz daha yaxşı görünür. Bu duruma bir əncam çəkmək lazımdır. Özü də vəziyyəti anlayır və bilir ki, belə davam edə bilməz”.

Qeyd edək ki, daha öncə “qırmızı şeytanlar”ıb baş məşqçisi Erik ten Haq 37 yaşlı ulduzun yalnız bir qarşılaşma – “Çelsi” ilə matç (1:1) üçün heyətdən kənarlaşdırıldığını açıqlayıb.