İdman

“Mançester Yunayted” ten Haqla bağlı yekun qərarını verdi – SON DURUM

“Mançester Yunayted” ten Haqla bağlı yekun qərarını verdi – SON DURUMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə klubunda fəaliyyətini davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O, niderlandlı mütəxəssislə müqavilənin uzadılmasının an məsələsi olduğunu vurğulayıb. Yeni müqavilə iki mövsümlük olacaq.

Erik ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”i çalışdırır. “Qırmızı şeytanlar” onun rəhbərliyi altında iki kubok – İngiltərə Kuboku və Liqa Kuboku qazanıb.