İdman

“Mançester Yunayted” uduzdu, Ronaldo azarkeşə hücum etdi

“Mançester Yunayted” uduzdu, Ronaldo azarkeşə hücum etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Everton”la oyunundan (0:1) sonra azarkeşin əlindən telefonunu alıb və onu sındırıb.
Trend-in məlumatına görə, haidəsni əks etdirən videonu “EvertonHub” kanalı “Twitter”də paylaşıb.

“Sky Sports”un jurnalisti Layll Tomas sosial şəbəkədə bildirib ki, “Mançester Yunayted” rəhbərliyi insidentdən xəbərdardır və bununla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, 37 yaşlı portuqaliyalı son matçda bütün 90 dəqiqəni meydanda keçirib və oyun vaxtı sarı vərəqə alıb.
“Mançester Yunayted” 31 oyundan sonra 51 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.