Mariupolda dəniz piyadalarının kontr-admiral Belinski adıan 36-cıəlahiddə briqadasının bir hissəsi düşmən mühasirəsini yararaq “Azov” alayı ilə birləşib.
Moderator.az xəbər verir ki, bu barədə “UP” nəşri məlumat yayıb.
Yaralılar da daxil olmaqla bir neçə yüz dəniz piyadası mühasirədən çıxa bilib.
Briqada zabitlərindən birinin sözlərinə görə, böyük çətinliklərə baxmayaraq xüsusi əməliyyat uğurla həyata keçirilib.
“Mən sizə təfərrüatları deyə bilmərəm. Amma dəqiq deyə bilərəm ki, indi “Azov” alayı ilə birləşmişik. Yaralılar da daxil olmaqla bir neçə yüz dəniz piyadası düşmən mühasirəsindən çıxa bilib”, – briqada zabiti bildirib
Follow @7timesaz