Dünya

Mariya Kolesnikova həbs olundu

Mariya Kolesnikova həbs olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun müxalifət lideri Mariya Kolesnikova hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

7times.az xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat yayıb. Bildirilib ki, Kolesnikova hazırda Minskin Volodarskogo küçəsindəki 1 saylı həbsxanadadır.

“İstintaq Komitəsinin əsas istintaq şöbəsinin istintaq qrupunun rəhbəri Aleksandr Vasilyuk məni çağırdı və Kolesnikovanın həbs olunduğunu bildirdi. Paket gətirməyi təklif etdi”,- deyə müxalif siyasətçinin atası Aleksandr Kolesnikov jurnalistlərə bildirib.

Eyni zamanda, mülki geyimli və maskalı naməlum şəxslər Minskdəki İstiqlal prospektində yerləşən Kolesnikovanın evinə gəliblər. Onlar siyasətçinin mənzilində “istintaq fəaliyyəti” aparıldığını, ancaq hansı xarakter daşıdığını açıqlaya bilməyəcəklərini qeyd ediblər.

Xatırladaq ki, 7 sentyabrda Kolesnikova Minskin mərkəzində naməlum şəxslər tərəfindən mikroavtobusa mindirilərək naməlum istiqamətdə aparılıb. Ertəsi gün səlahiyyətlilər onun ölkəni tərk etməyə çalışdığını, ancaq saxlanıldığını bildirib. Daha sonra isə Kolesnikovanın ölkədən çıxarılmasına qarşı çıxdığı və bunun üçün öz pasportunu cırdığı məlum olub. virtialaz.org