İdman

“Marsel” Obameyanqla maraqlanır

“Marsel” Obameyanqla maraqlanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətinə yeni futbolçu qatmaq niyyətindədir. 

Qol.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Fransa təmsilçisi “Arsenal”dan Pyer-Emerik Obameyanqı sıralarına cəlb etməyi planlaşdırır. Lakin 33 yaşlı hücumçu Liqa 1 klubundan yüksək məbləğdə maaş tələb edir.

Obameyanqla “Sevilya”, PSJ kimi klublar da maraqlanır.

Qeyd edək ki,  “Qarabağ” “Marsel” ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.