İdman

“Marsel” “Qarabağ”la matçadək azarkeşsiz oynayacaq

“Marsel” “Qarabağ”la matçadək azarkeşsiz oynayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək.

Qol.az. “L’Équipe”ə istinadən əbər verir ki, buna səbəb Fransa Kubokunun 1/8 finalının “Şovinyi” ilə səfər qarşılaşmasında “Marsel” fanatlarının tüstü bombalarından istifadə etməsidir.

“Marsel” fevralın 13-də “Nitsa”ya qarşı ölkə kubokunun 1/4 final oyunu və bundan 3 gün sonra Fransa Liqa 1-in 24-cü turunda “Mets”lə oynanılacaq matça azarkeşsiz çıxacaq.

Xatırladaq ki, “Marsel”in “Qarabağ”la ilk görüşü fevralın 17-də Fransada keçirəcək. Cavab oyunu fevralın 24-ü Bakıda olacaq.