Ölkə

Masazırda evdən 18 minlik qızıl oğurlayan qadın tutuldu

Masazırda evdən 18 minlik qızıl oğurlayan qadın tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən 7Times.az -a verilən xəbərə görə, rayonun Masazır qəsəbəsindəki evlərin birindən 18000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini R.Məmmədova müəyyən olunaraq saxlanılıb.