Dünya

“Mask və Putin gizli şəkildə görüşürlər” – ABŞ nəşri

“Mask və Putin gizli şəkildə görüşürlər” – ABŞ nəşribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampa açıq dəstək verən amerikalı milyarder, iş adamı İlon Maskın Rusiya lideri Vladimir Putinlə mütəmadi olaraq gizli şəkildə görüşdüyü iddia edilir.

7Times.az  xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” (WSJ) nəşri özəl mənbələrə istinadla məlumat yayıb.

Mənbələr bildiriblər ki, onlar geosiyasət, biznes və şəxsi məsələlər də daxil olmaqla bir çox mövzuda fikir mübadiləsi aparıblar.

Maskın texnologiyalardan həddən artıq asılı olduğunu bildirən mənbələr, hökumətin bu mənada “dilemma” içində olduğunu ifadə edib.Digər tərəfdən, hökumətin Mask-Putin təmaslarını bəyənmədiyi, lakin bu barədə iş adamına heç bir xəbərdarlıq edilmədiyi bildirilib.

Xəbərə görə, hazırkı administrasiyadan bəzi rəsmilər Maskın ABŞ-lə bağlı gizli məlumatlara çıxışı olduğu üçün bu təmasların təhlükəsizlik problemi yaratdığı düşncəsindədirlər.

Qeyd edək ki, Mask indiyədək Putinlə cəmi bir dəfə 2021-ci ilin aprelində görüşdüyünü bildirib.

“AzPolitika.info”