Ölkə

Maska taxıb mağazadan 10 minlik oğurluq etdi – FOTO

Maska taxıb mağazadan 10 minlik oğurluq etdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 7Times.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Şükürov saxlanılıb.

Araşdırma zamanı S.Şükürovun may və iyun aylarında Dünyamalılar kəndi ərazisindəki mağazalara qeyri-qanuni yollarla daxil olaraq 10 min manatdan artıq nəğd pul və digər əşyalar oğurladığı müəyyən edilib. O, bu əməlləri törədərkən təhlükəsizlik kameralarına yaxalanmamaq üçün üzünü maska vasitəsi ilə gizlədib. Lakin o, polis əməkdaşlarının keçrdiyi tədbirlərlə çox çəkmədən müəyyən olunaraq istintaqa təhvil verilib.Faktla bağlı S.Şükürov barəsində Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.