İdman

Mbappe ölümlə təhdid edilir

Mbappe ölümlə təhdid edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-dən ayrılması iddiaları ilə gündəmdə olan Klian Mbappeni sosial şəbəkə istifadəçiləri ölümlə təhdid edir.

7Times.az  xəbər verir ki, buna səbəb isə futbolçunun xəstəlikdən əziyyət çəkən Kamile adlıbalaca azarkeşinin ona çağırış videosu olub. Belə ki, Kamille sosial şəbəkə vasitəsilə Mbappeyə səslənərək komandada qalmasını və ona ilham verməyə davam etməsini istəyib. Onun bu statusuna isə sosial şəbəkə istifadəçiləri təhqirlər yazıblar.

Bu səbəbdən də Mbappe “Kamillem, savaşmağa davam et, hamımıza həyat dərsi verirsən. İnsanlıq əxlaqsızlaşıb” rəyini yazıb.

Mbappenin paylaşımından sonra ulduz futbolçuya ölüm təhdidləri gəlməyə başlayıb. Hətta bir qrup şəxs ulduz futbolçunun şəklini divar rəsmi edərək “Mbappe, sən öldün” yazıblar.