İdman

Mbappe Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı – SON DURUM 

Mbappe Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı – SON DURUMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin Yaponiyadakı təlim-məşq toplanışına aparılmayan ulduz futbolçusu Kilian Mbappe karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Fanat.Az “RMC Sport”a istinadən xəbər verir ki, 2024-cü ildə “Real Madrid”ə azad agent kimi yollanmaq istəyən 24 yaşlı hücumçu qarşıdakı mövsümü “Əl-Hilal”da keçirə bilər.

Baxmayaraq ki, ərəblər fransız futbolçunu şirnikləndirmək üçün ona 2 illik müqavilə təklif edir. Mbappe qəbul etsə, o, “Əl-Hilal”da ilinə 200 milyon (cəmi 400 milyon) avro qazanacaq. PSJ-yə də 200 milyon avro təzminat ödəniləcək.

Hələ də Mbappeni müqaviləni uzatmağa razı sala biləcəyinə inanan PSJ isə iyulun 31-dən sonra onun transferi ilə bağlı gələn təklifləri nəzərdən keçirməyə başlayacaq.