PSJ-nin iki ulduzunun – Kilian Mbappe və Erik Ramosun komandada görmək istəmədikləri futbolçunun kimliyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı ” L’Equipe” yayıb.
Xəbərə görə, bu, hazırda icarə əsasında “Yuventus”da çıxış edən Leandro Paredesdir. Turin təmsilçisi ilə Çempionlar Liqası çərçivəsində keçirilən görüşdə Ramosla insident yaşayan oyunçunun sabiq komanda yoldaşlarının qəzəbinə tuş gəldiyi və etdiyi hərəkətə görə indiyədək bağışlanmadığı vurğulanıb. Mənbə klub rəhbərliyinin də bu məqamı nəzərə aldığını, icarə müqaviləsi başa çatandan sonra onu geri qaytarmayacağı vurğulanıb.
Qeyd edək ki, Paredesin PSJ ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Follow @7timesaz