Braziliyanın hava məkanına gecə ilə qanunsuz daxil olan kiçik mühərrikli təyyarə ölkənin hərbi hava qüvvələri tərəfindən təqib edilib.
7Times.az xəbər verir ki, xəbərdarlıqlara baxmayaraq, pilotla əlaqə qurmaq mümkün olmayıb. Nəticədə təyyarəyə atəş açılıb. Nəticədə pilot zərər görən təyyarəni məcburi endirib. Pilot aradan çıxıb.
Təyyarəyə baxış zamanı 300 kiloqram ağırlığında narkotik maddə aşkar edilib. Pilotun axtarışları davam edir.