Dünya

Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq edib (Yenilənib)

Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq edib (Yenilənib)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın müttəfiqlərinə xəbərdarlıq edib.

“Nüvə gücləri böyük münaqişələrdə məğlub olmayıblar” –  deyə o, bildirib.

“AzPolitika.info” xbər verir ki, Dmitri Medvedev Davosda keçirilən Dünya İqtisadi Forumunda siyasətçilərin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı səsləndirdikləri fikirləri şərh edib.

Medvedev bu barədə öz “Twitter” hesabında paylaşım edib.

“Davosda siyasətçilər təkrarlayırdılar ki, sülh əldə edilməsi üçün Rusiya uduzmalıdır. Onların heç biri başa düşmür ki, nüvə gücünə sahib olanın adi savaşda uduzması nüvə müharibəsinə gətirib çıxara bilər. Nüvə gücləri öz talelərinin həll olunduğu böyük münaqişələrdə məğlub olmayıblar”, – deyə Dmitri Medvedev bildirib.