Ölkəni tərk etmiş ruslar qorxaq, satqın və acgözdür.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında yazıb.
O, sözügedən rusların sümüklərinin yad ölkədə çürüməsini arzulayıb və qeyd edib ki, onlarsız Rusiya daha da güclənir və təmiz olur.
“Bəzi qorxmuş tərəfdaşlar tərəfindən tərk edildik. Deməli, onlar bizim dostlarımız deyildi, sadəcə təsadüfi yoldaşlar, yapışqan və asılqan idilər. Qorxaq satqınlar, tamahkarlar uzaqlara düşdülər – yad ölkədə sümükləri çürüsün. Onlar bizim aramızda deyil, indi biz daha güclü və təmiz olmuşuq”, – Medvedev bildirib.
Follow @7timesaz