Dünya

Medvedev: “Rusiya Asiya ölkəsi olduğu kimi, həm də Avropa ölkəsidir“

Medvedev: “Rusiya Asiya ölkəsi olduğu kimi, həm də Avropa ölkəsidir“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyaya deyəndə ki, siz artıq avropalı deyilsiniz, bu, çox gülünc görünür: bizim öz tariximiz var, lakin o, eyniylə avropalıdır və heç kimin “zərif avropaçılıq” inhisarı yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  “RİA Novosti” və RT.-yə müsahibəsində bildirib.

O deyib: “Məhz onlar bizə nəyəsə qarşı çıxmağa çalışırlar, özlərini bizə qarşı qoyurlar. Onların zərif avropalılar adlandırılmasının heç bir inhisarı yoxdur, çünki bütövlükdə Avropa sivilizasiyasının inkişafı Avropanın bütün yerlərində baş verib”.

Medvedev əlavə edib ki, Rusiya romano-german dillərinin istifadə olunduğu bəzi digər dövlətlər kimi Roma İmperiyasının varisi deyil, onun öz tarixi var, lakin bu tarix onlarınki ilə eyni Avropalıdır:

“Coğrafiya baxımından, şübhəsiz ki, Rusiya Asiya ölkəsi olduğu kimi, Avropa ölkəsi də olub və olacaq. Rusiya həm coğrafiya, həm də tarix baxımından Avropa ölkəsidir. İstəyirsinizsə, həm də mədəni kod baxımından, çünki ölkəmizin sakinlərinin əhəmiyyətli bir hissəsi məhz xristian sivilizasiyası ilə sıx bağlı olan Avropa sivilizasiyasını təmsil edir”.