Qərbin Ukraynaya yeni silah tədarükləri fonunda Rusiya üçün çətin vaxtlar başlayacaq.
7Times.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.
O bildirib ki, Rusiya düşmənlərinin ölkəyə qeyri-müəyyən müddətə çətinlik yaşatmaq, daha doğrusu, onu məhv etmək niyyətləri var:
“Qərbin bunun üçün kifayət qədər silahı var və lazım gələrsə, yenilərinin istehsalına başlaya bilər. Ona görə də illüziyalara ehtiyac yoxdur. Bundan hansı nəticə çıxarmaq olar? Birincisi, çox çətin olacaq…”
Follow @7timesaz